• А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни Okaber - Yalquzaq

    Просмотров: 24
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    Тут находится текст песни Okaber - Yalquzaq, а также перевод, видео и клип.

    Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər,
    Verilən boş vədlər deyil, yazdığım əsərlər.
    Cənazələr cismində kəsdiyim misralar mənim kulltum,
    Son akkordları vurdum.

    İnsanla tamam ayrı, fərqli, başqa varlığımız,
    Ölümdən sonra dəyərli olmaq oxşarlığımız.
    Xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin,
    Başlıqsız sətirlərim başlığıdır manifestlərin.
    Dostlar ən yaxşı günlərimdə hamısı yanımda,
    Ən pis günlərimdə yoxdu yarısı yanımda.
    Həyat bir dəfə verilmişdi, ölüm bir dəfə,
    Addımlayırdıq mən bir də ölüm, ölüm, bir də mən.
    İnsanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil,
    Ruh azaddır gəlib gedər, ömürlük məhbus deyil.
    Şairlər məni seçdi, sətirlər məni sevir,
    Mən sevirəm musiqini çünki, o, möcüzəni sevir.

    Arxamda əcəl, önümdə məzar,
    Mən qaçıram günahlardan uzaq,
    Toxunma mənə, məni rahat burax,
    Mən tənhalığı sevən yalquzaq. (x2)

    O öyrətdi mənə, həyatın müxtəlif qolları var,
    Qumar oynamaq istəyirsən, qanuni yolları var.
    Varlı var, milyonları bir oyunda karta gedir,
    Fərqi yox, onsuz onun xoruzu da yumurta verir.
    O elə körpə göstərdi mənə ki, hamı ondan iyrənir,
    Ana qucağında indidən dilənmək öyrənir.
    Var elə belə deşilənlər, var damarı deşilənlər,
    Var bahalı fahişələr, var divara işəyənlər.
    Gənclik indi söz atıb tanış olmaqla yarışır,
    Yaş 30, hələ də bluetooth-la qız tutmağa çalışır.
    O göstərdi mənə, həyat yalan, nifrət doludu,
    Hamı susub, şəhər, kənd, oba, el səs eləmir axı?!
    Neftin 1 bareli yenə filan qiymət oldu,
    9 milyona 1 barel bəs eləmir axı?!
    O məni fərqli yaratdı, boz ayda qurd dedi,
    Beyinləri manqurt dedi, olanları yırt dedi.

    Arxamda əcəl, önümdə məzar,
    Mən qaçıram günahlardan uzaq,
    Toxunma mənə, məni rahat burax,
    Mən tənhalığı sevən yalquzaq. (x3)

    Опрос: Верный ли текст песни?
    ДаНет