• А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни PRoMete - Otaq

    Просмотров: 1
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    Тут находится текст песни PRoMete - Otaq, а также перевод, видео и клип.

    Sən bəlkə də bilmirsən, nədir diri ikən ölmək
    Sən bəlkə də bilirsən, amma dinmirsən, dinə bilmirsən
    Qulağına qonağam məni daha dərinə burax
    Bax gör nəyi mənə sən, nəyi sən mənə verə biləcəksən, bir az paylaşaq

    Keçdik içəri, mən çox içən deyiləm, amma bəlkə birgə içərik
    Açarıq ürəyimizin dibini, bir-birimizin üzünə deyəsi sözlər var
    Deyərik qulağa, sonra qulaqcıqların ipi dolaşar bədənə
    Gedərək yuxuya, dönərik yumağa

    Bu fikirlər apara bilər bizi hələ çox uzağa, amma qorxusu yoxdur (yoxdur, yoxdur)
    Yox, yoxdur! İtirilə biləcək nələrsə qismət ümidinə buraxılanlardır
    Hər bir pislik içində də mütləq kiçik bir yaxşılıq vardır

    Bilirəm mən, bunu mənə deyən olmayıb, yox!
    Bu çətin olsa da çox “puzzle” kimi, hissə-hissə yığmışam mən özümü
    Bəli, beləyəm və bir gün məni tanıyan doya bilmir dadıma
    Amma ki, varam o kəslərçün ki, düşüb yadına, aparır qulağına məni

    Səs ver, məni qonaq elə qulağına
    Eyni mahnının sakiniyik indi
    Ya da al səsi
    Qoy heç kəs eşitməsin
    Bu mahnı sənindir

    Səs ver, məni qonaq elə qulağına
    Eyni mahnının sakiniyik indi
    Ya da al səsi
    Qoy heç kəs eşitməsin
    Bu mahnı sənindir

    Bu mahnı sənindir, şəxsi otağın kimi
    Otaq eyni qalır, amma rənglər dəyişir əhvalla və hər bir yaşda

    Bu mahnı dərindir, şəxsi otağın kimi
    Nəyi haraya gizlətdiyini səndən qeyri kimsə bilməz
    Hər sətrin xatirəsi bir başqa

    Bu mahnı sərindir, şəxsi otağın kimi
    Hamıya istidir, amma sənin havan sənin əlindədir
    Qulaqlarındakı qulaqcıq kimi

    Bu mahnı sənindir
    Sən onu eşitmədən o bir işə yaramaz
    Onu sevdiyin geyimtək geyib, yerinə as

    Zamanı gələnə qədər o qalacaq orada
    Və bir gün yenə də yararlı olacaq ancaq onda
    Anlayacaqsan ki, nədir dəyəri bu sətirlərin
    Mənim də bitici bir ömrüm var, bitəcək geriyə, qalacaq sətirlərim

    Və bil ki, hər dəfə “play”ə basdıqca Mete geri gəlir
    Necə də qəribədir quruluş
    Bəli, bəli seçimi pleylistin edir
    Yox oluş, ya da var oluş
    Sənin səs verən o əlindədir
    Və hər bir “replay” yenidən həyat verməyə bərabərdir

    Səs ver, məni qonaq elə qulağına
    Eyni mahnının sakiniyik indi
    Ya da al səsi
    Qoy heç kəs eşitməsin
    Bu mahnı sənindir

    Səs ver, məni qonaq elə qulağına
    Eyni mahnının sakiniyik indi
    Ya da al səsi
    Qoy heç kəs eşitməsin
    Bu mahnı sənindir

    Səs ver, məni qonaq elə qulağına
    Eyni mahnının sakiniyik indi
    Ya da al səsi
    Qoy heç kəs eşitməsin
    Bu mahnı sənindir
    Səs ver...

    Опрос: Верный ли текст песни?
    ДаНет